İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvəsi öz işini yekunlaşdırıb

İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvəsi öz işini yekunlaşdırıb
# 15 aprel 2016 11:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı öz işini başa çatdırıb.

APA-nın xəbərinə görə, Zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatnın 2016-2025-ci illər üçün Fəaliyyət planı, Yekun Kommunike və İstanbul bəyannaməsi qəbul edilib.

Bağlanış nitqi söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Şərqdən Qərbə, Cənubdan Şimala olan bütün İslam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik,bərabərlik və dayanışmadır.

“Önümüzdəki müddətdə bu anlayış və inamla çalışmalarımızı davam etdirəcəyik.Qarşıdakı 10 il üçün fəaliyyət proqramı və bəyannamənin qəbul edilməsi vacibdir və onun işini effektivləşdirməliyik. Yekun bəyannamədə əsas siyasi proseslər, iqtisadi, sosial mövzularda ortaq mövqüe nümayiş etdirdik. Eyni zamanda, təşkilat üzvü olmayan ölkələrdəki müsəlman toplumlarla bağlı mövqeyimizi ortaya qoyduq”,-deyə R. T. Ərdoğan əlavə edib.

Qeyd edək ki, bağlanışdan öncə R. T. Ərdoğan Türkiyə İslam Əməkdaşlıq Təşkilatının baş katibliyinə 1,8 milyon olmaqla, ümumilikdə təşkilatın fəaliyyətinə 2 milyon dollarlıq yardım edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR