İrəvanda polis nümayişçiləri dağıdıb - YENİLƏNİB-4

İrəvanda polis nümayişçiləri dağıdıb - <span style="color: red;">YENİLƏNİB-4
# 29 iyul 2016 21:08 (UTC +04:00)

Bakı-APA. İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis etirazçıları ərazidən sıxışdıraraq çıxarıb. İlkin məlumatlara görə, xəsarət alanlar var.

Silahlı qrup tərəfindən zəbt edilən post-patrul alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb. İlkin məlumata görə, 50 etirazçı polis tərəfindən saxlanılıb.

***

22:51

Bakı-APA. İrəvanda polis post-patrul alayının yaxınlığında yığışan nümayişçiləri dağıtmağa başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ərazidə həbslər aparılır.

***

22:32

Bakı-APA. İrəvanda nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, silahlı qrupa dəstək aksiyasının üzvləri zorla binanın ərazisinə daxil olmaq istəyib.

Polis etirazçılara qarşı tüstü qumbarasından istifadə edib. Hazırda toqquşma müşahidə olunmasa da, ərazidə vəziyyət gərgin olaraq qalır.

***

20:30

Bakı-APA. İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında baş verən atışma zamanı 3 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb”, deyə A.Aqaronyan bildirib.

***

20:10

Bakı-APA. İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında vaxtaşırı atışma davam edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, post-patrul alayının ərazisində olan silahlı qrup vaxtaşırı atəş açmaqda davam edir. Polis cavab atəşi açır.”, Aqaronyan özünün “Feysbuk səhifəsində yazıb.

***

17:18

Bakı. Türbət Bağırova – APA. İrəvanda atəş səsləri eşidilir.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Təsisedici parlament” adlı qurum xəbər yayıb.

Qurumun mətbuat katibi Süzan Simonyan sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Sari taxa adlı yerdə atəş səsləri eşidilir. O həmçinin polis şöbəsini nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvü, “Tənha canavar” ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralandığını yazıb.

A. Xandoyana snayper tərəfindən atəş açıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR