Sosial təminat müəssisələrində çalışanların əmək haqlarının artırılması haqqının sərəncam imzalanıb

Sosial təminat müəssisələrində çalışanların əmək haqlarının artırılması haqqının sərəncam imzalanıb
# 18 yanvar 2016 14:54 (UTC +04:00)

Bakı-APA. Dövlət başçısı İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR