Gəncədə avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Gəncədə avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb
# 15 yanvar 2016 10:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Şahsevənlər küçəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, 1984-cü il təvəllüdlü Yunis Xəlilov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR