Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Artıq 3 ildir ki, "Azercell"in bazarda payı stabildir". "APA-Economics" xəbər verir ki, bu barədə "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
V. Mürsəliyev deyib ki, 2014-cü ildə şirkət bazar payının hesablanmasını yeni metodla aparır.
"Bizim hal-hazırda bazar payımız 48,2%-dir, lakin biz yuvarlaq olaraq 48% deyirik", - deyə şirkətin prezidenti vurğulayıb.