"Azərişıq" borclu abonentlərinin sayını açıqlayıb

"Azərişıq" borclu abonentlərinin sayını açıqlayıb
# 28 mart 2016 10:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycanda istehlaka verilən elektrik enerjisinə görə yığımların həcmi açıqlanıb.

Bu barədə "APA-Economics"ə "Azərişıq" ASC-dən məlumat verilib.

2015-ci ildə istehlaka verilən elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3% yığıma nail olunub. Başqa sözlə desək, paytaxtda elektrik enerjisinə görə ödənişlərdə 1,7% borc yaranıb.

Regional elektrik şəbəkələri üzrə isə 86,6% yığıma nail olunub ki, bu da 3,4% ödənişin yerinə yetirilməməsi deməkdir.

"Görülən yenidənqurma tədbirləri nəticəsində texniki itkilər 3% azalıb. Yaxın illərdə regionlar üzrə yığım faizinin artırılaraq, Bakı şəhərinin səviyyəsinə çatdırılması, texniki itkilərin isə xeyli azaldılması nəzərdə tutulur", - deyə qurumdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR