Göyçay sakinindən mənşəyi məlum olmayan 400 kq iylənmiş ət götürülüb

Göyçay sakinindən mənşəyi məlum olmayan 400 kq iylənmiş ət götürülüb
# 21 sentyabr 2016 09:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Göyçay sakinindən mənşəyi məlum olmayan 400 kq iylənmiş ət götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisində yerləşən daimi postunda Göyçay rayon sakini Nazim Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobil ödənilməmiş cəriməsi olduğundan saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi bilinməyən iylənmiş 400 kiloqram heyvan əti aşkar edilərək götürülüb və Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR