BMTİP və ARDNŞ-in NAMA layihəsinin təqdimatı olub

BMTİP və ARDNŞ-in NAMA layihəsinin təqdimatı olub
# 03 mart 2016 14:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı" (NAMA) layihəsinin təqdimatı olub.

BMTİP-nın Bakı ofisindən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi ARDNŞ-i onun İqlim Dəyişikliyi Strategiyasını həyata keçirməkdə dəstəkləməkdir.

Layihə müddətində təşviqat və istixana qazlarının təsirlərini azaltmaq üçün tədbirlərin genişləndirilməsi təqdim ediləcək və həyata keçiriləcək. Beləliklə, pilot sərmayələr ölkədəki enerjini qənaətcil və azkarbonlu texnologiyalara yönləndiriləcək.

ARDNŞ prezidenti Rövnəq Abdullayev çıxışı zamanı karbon tullantılarının azaldılması üçün tədbirlərin və bu sahədə belə layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Ercan Murat isə layihənin Azərbaycanın dayanıqlı inkişafına perspektiv töhfələrini qeyd edib.

Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez BMT-nin İqlim Dəyişikliyi üzrə Paris Konfransı zamanı görüləcək işləri alqışlayıb.

Layihə aztərkibli karbonun son istehlakı sahələrində, xüsusilə binalarda və nəqliyyatda enerji istifadəsinin səmərəliləşdirilməsi üçün mövcud problemləri həll edəcək. Qurudakı neft və qaz yataqlarından çıxan qazlar utilizasiya vasitəsilə yığılaraq meşələrin genişmiqyaslı qırılmasından əziyyət çəkən qəsəbələr üçün yanacaq mənbəyi kimi istifadə olunacaq. Layihə Beynəlxalq İqlim Dəyişikliyi Təsirlərinə qarşı Mübarizə Məqsədlərinə uyğundur.

Qeyd edək ki, NAMA layihəsi Dünya Ətraf Mühitin Mühafizəsi Fondu, BMTİP və ARDNŞ-lə birgə maliyyələşdiriləcək və ARDNŞ ilə BMTİP tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR