Türkiyə prezidenti köməkçisinin girov götürüldüyünü açıqlayıb

Türkiyə prezidenti köməkçisinin girov götürüldüyünü açıqlayıb
# 16 iyul 2016 03:26 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul Atatürk Hava Limanında xüsusi açıqlama ilə çıxış edib.

APA-nın xəbərinə görə, Ərdoğan bildirib ki, Silahlı Qüvvələrin içində azlıqda olan bir dəstə hərbi çevrilişə cəhd edib.

"Mən ordan ayrılandan dərhal sonra Marmarisdə olduğum yer bombalanıb"

"İndi baş verən Vətənə xəyanətdir. Onlar bunun hesabını çox ağır ödəyəcəklər. Onlar millətin səsləri ilə vəzifədə olan Rəcəb Tayyip Ərdoğanı və hökuməti bitirə bilməzlər".

Ərdoğan bu hadisənin "parelel yapı" ilə bağlı olduğunu açıq ifadə edib.

Türkiyə prezidenti deyib ki, bu il avqustun əvvəlində Yüksək Hərbi Şuranın toplantısı olacaq: "Bu hadisənin həmin şura əvvəli olması çox mənalıdır. Çünki onlar həmin şurada nə baş verəcəyini gözəl bilirdilər".

Ərdoğan qeyd edib ki, İstanbula Marmarisdən gəlib: "Mən ordan ayrılandan dərhal sonra Marmarisdə olduğum yer bombalanıb".

Ərdoğan xüsusi köməkçisinin girov götürüldüyünü də açıqlayıb.

O, həmçinin, baş qərargah rəisinin vəziyyəti barədə də xəbərsiz olduğunu qeyd edib.

Ərdoğan Türkiyə Silahlı Qüvvələri əsgərlərinə və hərbçilərinə müraciət edib və onları öz ailə üzvlərinə, yaxınlarına, millətə qarşı silah işlətməməyə çağırıb.

Türkiyə prezidenti Silahlı Qüvvələrdə artıq həbslər başladıldığını və bunun davam edəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR