Ağ Ev: Obama və Merkel Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər

Ağ Ev: Obama və Merkel Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər
# 28 iyul 2016 01:49 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, tərəflər Almaniyada baş verən son terror hadisələri və Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.

“Obama dünyasını dəyişənlərin ailələrinə Amerika xalqı adından başsağlığı verib. ABŞ lideri terror ilə mübarizədə Almaniya ilə əməkdaşlığı davam etdirəcəklərini söyləyib. Bundan başqa, prezident və kansler Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ukraynanın şərqində zorakılığa son qoyulması, eləcə də Minsk razılaşmalarının tezliklə və tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR