Göygöldə avtomobil avtobusla toqquşub, ölən var

Göygöldə avtomobil avtobusla toqquşub, ölən var
# 02 mart 2016 09:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi “MAN” markalı avtobus toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.İsgəndərov orada ölüb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR