Allahşükür Paşazadə Rusiya mitropoliti İllarion Volokolamski ilə görüşüb - FOTO

Allahşükür Paşazadə Rusiya mitropoliti İllarion Volokolamski ilə görüşüb - <span style="color: red;">FOTO
# 29 oktyabr 2015 11:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Rusiya mitropoliti İllarion Volokolamski ilə ikitərəfli görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, A. Paşazadə Rusiya ilə Azərbaycanın dinlərarası münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, münasibətlərdə Moskva və bütün Rusiyanın patriarxı Kirillin xidmətlərinin böyük olduğunu söyləyib. QMİ sədri deyib ki, beynəlxalq terrorçuluq bütün dinlərə qarşı yönəlib: “Beynəlxalq terrorçuluqdan bütün dinlər əziyyət çəkir. Təklif edirəm ki, bu, III Moskva “Din və Sülh” beynəlxalq konfransının yekun qətnaməsinə əlavə olunsun”.

Mitropolit İllarion isə Allahşükür Paşazadənin konfransda çıxışını yüksək qiymətləndirdiklərini qeyd edib. O, şeyxülislamın toxunduğu problemlərin çox vacib olduğunu vurğulayıb: “Dinlərarası münasibətlərdə şeyxülislam Allahşükür Paşazadənin xidmətləri olduqca böyükdür. Qeyd etməliyəm ki, dünyada hazırda ənənəvi dinlərin dinc şəraitdə yaşaması üçün möhkəm potensial var. Başlıcası budur ki, kənar qüvvələr əsrlərlə formalaşan bu tarazlığı pozmağa cəhd göstərməsinlər. Rusiya ilə Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə birgə səy göstərəcəyinə ümid bəsləyirik. Dünyada sülhün və sabitliyin qorunması üçün Azərbaycanın gördüyü işlər yüksək qiymətə layiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR