"VTB (Azərbaycan)" ölkə xaricinə tarifsiz pul köçürməyə imkan yaradıb

"VTB (Azərbaycan)" ölkə xaricinə tarifsiz pul köçürməyə imkan yaradıb
# 27 aprel 2016 08:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” öz müştərilərinə “Zolotaya Korona” sistemi vasitəsi ilə Azərbaycan xaricinə milli valyuta ilə pul köçürmələri “0%” tarif ilə həyata keçirməyə imkan verir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, 0% tarifi “Zolotaya Korona” sistemi üzrə bütün köçürmələrə aiddir.

Köçürmə zamanı müştəri vəsaiti göndərdiyi şəxsin pulu hansı valyutada – rubl və ya dollarla alacağını seçə bilər. Bu zaman göndərən şəxs köçürməni milli valyutada həyata keçirir. Valyutanın konvertasiyası pul vəsaiti göndərilən zaman sistemin məzənnəsinə uyğun həyata keçirilir. Bu halda komissiya 0% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR