Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub
# 22 sentyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 3-də naməlum şəxslər Süleyman Rüstəm keçəsində Bakı şəhər sakini Sevdiməli Abdullayevdən 2 manat pul istəyiblər. O, pul kisəsini açdıqda isə 50 manat götürüb qaçıblar.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı sakini 1996-cı il təvəllüdlü Fərid Xasməmmədov və 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR