Azərbaycan baş nazirinin müavini ilə ABŞ səfiri arasında görüş keçirilib

Azərbaycan baş nazirinin müavini ilə ABŞ səfiri arasında görüş keçirilib
# 17 sentyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov arasında görüş olub.

APA-nın səfirliyin rəsmi “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-ın Azərbaycandakı inkişafa dəstəyi və humanitar yardım məsələləri müzakirə olunub. R. Sekuta məcburi köçkünlərə humanitar dəstəyin göstərilməsinin ABŞ hökuməti üçün əhəmiyyətli olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR