Peskov: Rusiya-Ukrayna münasibətləri yaxşı olmağa məhkumdur

Peskov: Rusiya-Ukrayna münasibətləri yaxşı olmağa məhkumdur
# 27 mart 2016 00:04 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Kiyevin milliyyətçilikdən xilas olduqdan sonra Ukrayna və Rusiya münasibətlərinin yaxşı olacağına əmin olduğunu bildirib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiyanı maraqlandıran odur ki, insanların şüuru milliyyətçi elementlər tərəfindən idarə olunmasın. “Onlar azğın və tamamilə ağılsızdırlar. Bu yaxşı olmağa məhkum olmuş gələcək münasibətlərimiz üçün tamamilə lazımsızdır”, - deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın vahid, stabil olmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR