Gəncədə qadın bıçaqlanıb

Gəncədə qadın bıçaqlanıb
# 16 mart 2016 22:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1996-cı il təvəllüdlü Nuriyyə Cabbarova sol bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, 20 yaşlı qadın keçmiş nişanlısı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR