SOCAR ötən ay üzrə xam neftin satış qiymətlərini açıqlayıb

SOCAR ötən ay üzrə xam neftin satış qiymətlərini açıqlayıb
# 02 may 2016 16:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin aprel ayında dünya bazarında satışını həyata keçirdiyi xam neftin qiymətlərini açıqlayıb.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 41,48 dollara, Urals nefti 40,48 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 43,02 dollara satılıb.

Qeyd edək ki, 2015-ci ilin aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 59,76 dollara, Urals nefti - 60 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 61,42 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR