YUĞ Teatrı “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirəcək

YUĞ Teatrı “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirəcək
# 14 mart 2016 07:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət YUĞ Teatrı “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uzunmüddətli silsilə tədbirləri nəzərdə tutan layihə milli teatr prosesində canlanma yaratmağa, teatrla cəmiyyət, teatr xadimləri, dramaturqlar, yazarlar, tələbələr arasında intensiv qarşılıqlı ünsiyyət yaratmağa yönəlib. “Dünya təcrübəsi göstərir ki, buna nail olmaq üçün müxtəlif tipli teatr festivallarının, konfransların, seminarların, treninqlərin, master-klassların, şou-keyslərin və s. tədbirlərin təşkili xüsusi önəm daşıyır. Gənc rejissor, aktyor, teatrşünas, dramaturq kadrlar məhz bu tipli tədbirlərdə aşkarlanır, yetişir və inkişaf edir. Odur ki, milli teatr prosesini canlandırmaq üçün Avropa teatr təcrübəsində sınaqdan keçmiş üsul və vasitələrin tətbiq edilməsi produktivdir. Teatrlar və ictimaiyyət arasında yaradıcılıq mübadiləsini təmin etməklə yeni rejissor, aktyor, dramaturq kadrların aşkarlanmasına və onların aktiv teatr fəaliyyətinə cəlb olunmasına zəmin yaratmaq məqsədi daşıyan layihəmizdə bütün qələm və düşüncə sahiblərini görmək istərdik” –deyə, teatrın açıqlamasında qeyd olunur.

Layihə çərçivəsində ilk tədbir Mehman Musabəylinin “Toy səyahəti” pyesinin teatrallaşdırılmış oxunuşundan sonra ingilis rejissor Metyu Qoldun iştirakı ilə keçiriləcək. Sonra dramaturqların, teatrşünasların, rejissor və aktyorların, ədəbi tənqidçilərin, jurnalistlərin və tələbələrin iştirakı ilə müzakirə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR