Gəncə sakinini bıçaqlayan şəxs polisə təslim olub

Gəncə sakinini bıçaqlayan şəxs polisə təslim olub
# 10 fevral 2016 11:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də Gəncə şəhər sakini Rabil Məmmədova bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş həmyerlisi Natiq Qəmbərov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub. O, R.Məmmədovdan götürdüyü, üzərində səsboğucu olan pnevmatik tapança və içərisində 4 ədəd patron olan darağı da polisə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR