Gömrük nəzarətindən gizlədilən 9200 ədəd siqaret aşkar edilib

Gömrük nəzarətindən gizlədilən 9200 ədəd siqaret aşkar edilib
# 31 avqust 2016 09:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR