Bakıda yığılan tullantılar arasından silah-sursat aşkar edilib

Bakıda yığılan tullantılar arasından silah-sursat aşkar edilib
# 19 yanvar 2016 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Təmiz Şəhər” ASC paytaxtdan yığılmış tullantılar arasından silah-sursat aşkar edib.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb. “Təmiz Şəhər” ASC-in əməkdaşları həmin tapıntıları polisə təhvil verib.

Aşkar olunan təhlükəli əşyalar bunlar olub:

- 1 ədəd baraban tipli tapança

- 1 ədəd avtomat darağı

- 1 ədəd süngü bıçaq

- 1 ədəd 12.7 çaplı patron

- 2 ədəd 7.62 çaplı patron

- 24 ədəd 5.45 çaplı patron.

Paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR