Penitensiar xidmətdə işə qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib

Penitensiar xidmətdə işə qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib
# 08 dekabr 2015 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə qulluğun xüsusiyyətləri gənclərə izah edilib, ədliyyə əməkdaşı olaraq öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə riayət etməklə xidmət etmək tövsiyə olunub.

Tədbirin sonunda gənc əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR