ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
# 08 sentyabr 2016 01:14 (UTC +04:00)

Bakı-APA. Missisipi ştatında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus T-45 təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə təlim uçuşu zamanı baş verib.

Məlumata görə, pilot və onun köməkçisi katapult ediblər. Xəstəxanaya çatdırılan ekipaj üzvlərinin həyatına təhlükə olmadığı bildirilir

Hadisənin başvermə səbəbləri məlum deyil. Qəza ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR