İsmayıl Ağayevin rəqibi namizədliyini onun xeyrinə geri götürüb - FOTO

İsmayıl Ağayevin rəqibi namizədliyini onun xeyrinə geri götürüb - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 20:02 (UTC +04:00)

Bakı-APA. 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Səfərov Rza Əli oğlu həmin dairədən deputatlığa namizəd İsmayıl Ağayevin xeyrinə namizədliyini geri götürüb.

Bu barədə APA-ya namizədin seçki qərargahının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, R.Səfərov deyib: "İsmayıl müəllim 1993-cü ildə mənim komandirim olub. Mən onun şərəfinə, ləyaqətinə, vətənə olan sevgisinə bələd olan insanam. Mən gördüm ki, bu olan haqsızlıqlara qarşı tək mübarizə aparmaq mümkün deyil, ona görə də İsmayıl Ağayevlə birləşdim ki, birgə mübarizə aparaq və bu yolda millətimiz, xalqımız, xalqımızı sevən insanlar qazansın. Bu gündən mən öz namizədliyimi İsmayıl müəllimin xeyrinə geri götürürəm. Vətənimizə, xalqımıza, millətimizə xeyirli olsun."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR