Bakıda bir qardaşı öldürməkdə, digərini bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda bir qardaşı öldürməkdə, digərini bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub
# 31 mart 2016 11:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən İbrahim Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ.Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ötən il avqust ayında İsrafilov Elşən Şakir oğlu və onun qardaşı İsrafilov Elcan Şakir oğlu bıçaqlanıb. Xəsarət alan hər iki qardaş xəstəxanaya yerləşdirilib. Lakin Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən İbrahim Dadaşov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR