Göyçayda yeməkxanada 3 nəfər bıçaqlanıb

Göyçayda yeməkxanada 3 nəfər bıçaqlanıb
# 08 iyul 2016 10:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Göyçayda üç nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada qeydə alınıb. Şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR