ABŞ Dövlət Departamentinin sözçüsü Suriya ilə Rusiyanı səhv salıb

ABŞ Dövlət Departamentinin sözçüsü Suriya ilə Rusiyanı səhv salıb
# 08 oktyabr 2015 04:13 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya ilə Suriyanı səhv salıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, anlaşılmazlıq jurnalistlər üçün keçirilən gündəlik brifinqdə baş verib.

“İŞİD-ə qarşı hərbi əməliyyat davam etdiriləcək və səngimək bilməyəcək. Ən əsası isə - Rusiyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, C.Kirbi deyib.

Jurnalistlərin təəccübləndiyini görən C.Kirbi “Mən nə dedim ki?” sualını verib, bir qədər sonra isə təbəssümlə yanlışlığını etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR