Jurnalist adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Jurnalist adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb
# 05 may 2016 10:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Cəfərov Şamaxıda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələdzuluq) maddəsi ilə cinayət işi açılıb. Saxlanılan zaman onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR