SOCAR-ın ötən ay ixrac etdiyi neft məhsullarının həcmi və qiymətlərini açıqlayıb

SOCAR-ın ötən ay ixrac etdiyi neft məhsullarının həcmi və qiymətlərini açıqlayıb
# 01 fevral 2016 15:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yanvar ayında ixrac olunan neft məhsullarının həcmi və qiymətlərini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayında 73 823 ton dizel yanacağı, 41 734 ton təyyarə yanacağı, 7 min 78 ton yüksək təzyiqli polietilen, 809 ton mütləqləşdirilmiş izopropil spirti, 2 526 ton maye piroliz qətranı, 3 097 ton propilen, 60 ton mütləqləşdirilmiş diizopropil efiri və 2 400 ton butilen butadien fraksiyası ixrac edib.

2016-cı ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 400,35 dollar, təyyarə yanacağının - 293,48 dollar, dizel yanacağının - 272,48 dollar, 1% kükürdlü mazutun qiyməti 130,85 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR