Qaxda fərdi evdə yanğın olub

Qaxda fərdi evdə yanğın olub
# 13 mart 2016 23:55 (UTC +04:00)

Bakı-APA. Qaxda yanğın hadisəsi qeydə alııb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Marsan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və ona bitişik ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, həmçinin ev əşyaları yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR