Danimarkanın paytaxtında atışma olub, yaralananlar var

Danimarkanın paytaxtında atışma olub, yaralananlar var
# 01 sentyabr 2016 01:43 (UTC +04:00)

Bakı-APA. Danimarkanın paytaxtı Kopenhagendə silahlı insident baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, baş verən atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. İnsidentin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR