“Qazprom” Avropaya qaz tədarükünü xeyli artırıb

“Qazprom” Avropaya qaz tədarükünü xeyli artırıb
# 04 mart 2016 19:32 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Qazprom” şirkəti yanvar-fevral aylarında uzaq xarici ölkələrə qaz ixracının həcmini 8,4 mlrd kubmetrədək artırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə şirkətin rəhbəri Aleksey Miller bildirib.

“2016-cı ilin ilk iki ayı ərzində “Qazprom”un uzaq xarici ölkələrə qaz ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 mlrd kubmetr artıb. Almaniyaya qaz tədarükündə artım 2,5 mlrd, İtaliyaya 1,2 mlrd, Böyük Britaniyaya 2,45 mlrd, Fransaya 0,64 mlrd kubmetr təşkil edib.

2015-ci ilin yekunlarına əsasən, “Qazprom” uzaq xarici ölkələrə qaz ixracının həcmini 8 faiz – 156,4 mlrd kubmetrədək artırıb. Almaniyaya qaz tədarükü il ərzində 17,1% artaraq, rekord 45,3 mlrd kubmetrə çatıb, İtaliyaya – 12,6%, Fransaya 36,8%, Böyük Britaniyaya 10,2%, Avstriyaya 11,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR