Balakəndə 23 yaşlı oğlan müəmmalı şəkildə bıçaqlanıb

Balakəndə 23 yaşlı oğlan müəmmalı şəkildə bıçaqlanıb
# 11 mart 2016 06:03 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə 23 yaşlı oğlan müəmmalı şəkildə bıçaqlanıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 03.00 radələrində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayev çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. V. Mustafayevin sağ bel nahiyəsindən, sol döşündən kəsilmiş və daxilə nüfuz edən, sağ əl pəncəsindən isə kəsilmiş bıçaq yarası aldığı müəyyənləşib. Dərhal əməliyyat olunan gənc reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-ya bildirilib ki, hadisə rayonun “Qabaqçöl” adlanan ərazisində baş verib. Hazırda Balakən RPŞ-nin əməkdaşları V. Mustafayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanmasının detalları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR