Xaçmazda xəstəxanada partlayış olub, xəsarət alan var

Xaçmazda xəstəxanada partlayış olub, xəsarət alan var
# 30 aprel 2016 08:02 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Gecə saatlarında Xudat şəhərində qaz sızması nəticəsində partlayış baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, partlayış Xudat şəhər xəstəxanasının təmirə bağlanan stomatoloji şöbəsində qeydə alınıb. Sahəsi 35 kv.m olan otaqda baş verən hadisə nəticəsində Xudat şəhər sakini 55 yaşlı Zaur Məhərrəmova hər iki əlin birinci və ikinci dərəcəli termiki yanıq xəsarəti alıb. Hazırda xəsarət alan şəxsin vəziyyəti yaxşıdır.


Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırmalar aparılır.

Xaçmazda xəstəxanada partlayış olub, xəsarət alan var

***

06:54

Bakı-APA. Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR