Səfir: “Niderland-Azərbaycan ticarət dövriyyəsinin həcmi 120 mln. dollar təşkil edir”

Səfir: “Niderland-Azərbaycan ticarət dövriyyəsinin həcmi 120 mln. dollar təşkil edir”
# 27 aprel 2016 15:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Jan Qabrielse bu gün Bakıda Kral Villem-Aleksandrın doğum günü ilə əlaqədar mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, səfir bildirib ki, aprelin 27-də kralın doğum günüdür və kral doğum gününü paytaxt Amsterdamda yox, əyalətlərdə keçirəcək.

Azərbaycan-Niderland əlaqələrinə toxunan diplomat bildirib ki,

ölkələr arasında bütün sahələrdə əlaqələr ilbəil inkişaf edir. R. Qabrielsenin sözlərinə görə, Niderlandla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 120 milyon dollar təşkil edir.

Ötən il Azərbaycandan bir qrup iş adamının Niderlanda səfər etdiyini deyən səfir qeyd edib ki, bu il Niderland nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfir bəzi Niderland şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini xatırladaraq deyib ki, ölkəsi bu istiqaməti inkişaf etdirməkdə maraqlıdır. O, ölkəsinin idman sahəsinə də maraq göstərdiyini deyərək, Azərbaycanda keçiriləcək velo-turda hollandiyalı idmançıların iştirak edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR