Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib, ölən və yaralananlar var

Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib, ölən və yaralananlar var
# 04 avqust 2016 03:26 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb. Məlumata əsasən, 1 qadın hadisə yerində dünyasını dəyişib, 5 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. Polis insidentin terror aktı olduğunu istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR