Kolumbiyada avtobus yarğana aşıb, 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Kolumbiyada avtobus yarğana aşıb, 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb
# 15 dekabr 2015 03:41 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın Kundinamarka departamentində turist avtobusunun yarğana aşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda ekskursiyadan qayıdan 30-a yaxın kollec tələbəsi olub.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, sürücü avtobusu yüksək sürətlə idarə edib, təhlükəli manevrlərə yol verib.

Qeyd edək ki, dekabrın 14-də Argentinanın Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində 43 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR