Masallı sakini həmkəndlisini qətlə yetirib

Masallı sakini həmkəndlisini qətlə yetirib
# 24 may 2016 08:35 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda qətl hadisəsi baş verib.

APA-nın yürli bürosunun xəbərinə görə, hadisə ötən gecə 00.00 radələrində rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Akiq Xanlar oğlu Yusubov şəxsi münaqişə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Əzim Pilağa oğlu Əzimovu bıçaqla vuraraq qətlə yetirib.

A.Yusubov saxlanılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR