Bakıda bıçaqlanma olub

Bakıda bıçaqlanma olub
# 20 fevral 2016 13:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Cavid Bağırov naməlum şəraitdə bıçaqlanıb.

4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şirvan şəhər sakini Fariz Binyatzadə tərəfindən törədildiyi müəyyən edilib. F. Binyatzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR