Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"

Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"
# 24 fevral 2016 08:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "İtkin düşən neftçilərin axtarışı davam etdirilir".

APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

Nazir müavini bildirib ki, FHN qüvvələri axtarışlarda aktiv iştirak edir.

Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR