Diyarbəkirdə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb - YENİLƏNİB

Diyarbəkirdə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB
# 10 may 2016 18:50 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir.

“Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”, - deyə məlumatda bildirilir.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

**** 18.18

Bakı – APA. Türkiyənin Diyarbəkir şəhərində polislərə qarşı terror aktı törədilib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, şəhərin Batıkənt meydanında polisləri daşıyan avtobusda partlayış baş verib. Nəticədə 15-i polis əməkdaşı olmaqla, çoxlu sayda insan yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar xəstəxanalara daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR