Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini sirkə turşusundan zəhərlənib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1974-cü il təvəllüdlü Fəxriyyə İsgəndərova sirkə turşusu zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının hansı şəraitdə sirkə turşusundan zəhərləndiyi məlum deyil.