Şəkidə sirkə turşusu içən 55 yaşlı kişi ölüb

Şəkidə sirkə turşusu içən 55 yaşlı kişi ölüb
# 18 yanvar 2016 08:04 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə zəhərlənmədən ölün faktı qeydə alınıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi dalan 4, ev 13 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ramiz Şahid oğlu Həmzəyev sirkə turşusu zəhərlənməsi ilə ötən gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.

55 yaşlı Ramiz Həmzəyevin yanvarın 14-də axşam saatlarında yaşadığı ünvanda sərxoş vəziyyətdə səhvən sirkə turşusu qəbul etdiyi və ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR