Oğurluqda şübhəli bilinən Gürcüstan və Azərbaycan vətəndaşları saxlanıb

Oğurluqda şübhəli bilinən Gürcüstan və Azərbaycan vətəndaşları saxlanıb
# 21 noyabr 2015 10:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəmkirdə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-nə keçən gecə Şəmkir şəhərində Dəllər qəsəbə sakini Ramin Hüseynova məxsus mağazadan dam örtüyü sökülməklə avtomobil ehtiyat hissələri oğurlanıb.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Rəşad Əliyev və Dəllər qəsəbə sakini Əli Yusifov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR