Təhsil Nazirliyi: Hazırda ali məktəblərdə struktur islahatları aparılmaqdadır

Təhsil Nazirliyi: Hazırda ali məktəblərdə struktur islahatları aparılmaqdadır
# 09 fevral 2016 13:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "Ali təhsil müəssisələri muxtariyyətə malik olduğundan orada struktrur islahatlarının aparılması onların öz səlahiyyətlərinə aiddir". Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

O da bildirilib ki, ali təhsil müəssisələrinin dünya təhsil sisteminə inteqrasiyasını və təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə ali təhsil müəssisələrində struktur islahatları daima aparılıb və hazırda da bu istiqamətdə işlər aparılmaqdadır.

Qeyd edək ki, Bakı Slavyan Universitetində 7 kafedra, 5 şöbə, 2 elmi-tədqiqat laboratoriya, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bir neçə kafedra birləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR