Xəzərdən Suriyaya raket zərbələri endirilməsinə azərbaycanlı zabit rəhbərlik edib - VİDEO

Xəzərdən Suriyaya raket zərbələri endirilməsinə azərbaycanlı zabit rəhbərlik edib - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 07:15 (UTC +04:00)


Bakı – APA. Oktyabrın 7-də Suriyaya raket zərbələri endirən Rusiyanın Xəzər flotiliyasına məxsus “Dağıstan” gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub.

APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi məlumata görə, “Dağıstan” gəmisinə II dərəcəli kapitan Vüsal Miriyev komandanlıq edir.

V. Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub.

Xatırladaq ki, oktyabrın 7-də Rusiyaya məxsus 4 hərbi gəmi Xəzər dənizindən Suriyadakı hədəflərə 26 raket atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR