Ermənilər atəşkəsi 25 dəfə pozub

Ermənilər atəşkəsi  25 dəfə pozub
# 10 sentyabr 2016 08:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu bu ölkənin Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR