Göyçayda 19 yaşlı qız özünü asıb

Göyçayda 19 yaşlı qız özünü asıb
# 18 yanvar 2016 08:20 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin N. Nərimanov küçəsindəki 130 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü Yusifli Aytac Kamil qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. 19 yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələ məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR