ANAMA-nın yaranmasının ildönümü münasibətilə tədbir keçirilib

ANAMA-nın yaranmasının ildönümü münasibətilə tədbir keçirilib
# 18 iyul 2016 11:59 (UTC +04:00)

Füzuli. Ziya Əmirxanlı - APA. Bu gün Füzuli rayonunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının ildönümü münasibətilə tədbir təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ANAMA-nın Horadiz Regional Bazasında keçirilən toplantıda BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, İsrail, ABŞ, Rusiya, Çexiyanın Azərbaycandakı hərbi attaşeləri iştirak edib. Horadizə gələn qonaqlar bazada mina təmizləmə üçün xarici ölkələrdən gətirilən müasir avadanlıqlarla tanış olub, texnikaların və minaaxtaran itlərin təlimlərinə baxış keçiriblər.

Qeyd olunub ki, indiyədək Agentlik tərəfindən cəmi 374,101116 km2 ərazi təmizlənib,

tapılaraq zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 720,298 ədəddir.

Ölkə ərazisində təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi , Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz, və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib. ANAMA-nın baş direktoru Qəzənfər Əhmədov açıqlamasında bildirib ki, 18 ildə ANAMA kifayət qədər təcrübə qazanıb. Son illər ANAMA-nın mütəxəssisləri xarici ölkələrdə keçirilən təlimlərdə böyük uğurlar əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR